Cəmiyyət

Gənclər Neftçala, Saatlı, Sabirabad və Beyləqan rayonlarında yaşayan Vətən müharibəsi qazilərini ziyarət ediblər

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Böyük qayğı” proqramı çərçivəsində Neftçala, Saatlı, Sabirabad və Beyləqan rayonlarında yaşayan Vətən müharibəsi qaziləri ziyarət olunub.