Cəmiyyət

Regionlarda məişət zorakılığı və erkən nikahın qarşısının alınması mövzusunda maarifləndirmə tədbirləri keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, İsmayıllı, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən erkən nikahların və qızların təhsildən yayınmasının qarşısının alınması, məişət zorakılığına qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin aparılması məqsədilə silsilə tədbirlər keçirilib.