Cəmiyyət

Şəhid Elgiz Mehtiyevin adına inşa olunan bulaq istifadəyə verilib

Saatlının Bəylər kəndində Vətən müharibəsi şəhidi Elgiz Mehtiyevin xatirəsinə inşa edilən bulağın açılışı olub. Mərasimdə şəhidin ailəsi ilə bərabər rayon icra hakimiyyətinin nümayəndələri, idarə və müəssisə əməkdaşları, məktəblilər, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər.