Elm və təhsil

Mikrobioloq alim Saatlı, Sabirabad və İmişli rayonlarında tədqiqat aparıb

Mikrobioloq alim Saatlı, Sabirabad və İmişli rayonlarında tədqiqat aparıb

AMEA Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasının rəhbəri biologiya üzrə fəlsəfə doktoru, dosent Anar Hüseynov Araz çayının axın boyunca yerləşən Saatlı, Sabirabad və İmişli rayonlarında ezamiyyətdə olub.

İnstitutdan bildirilib ki, mikrobioloq alim Araz transsərhəd çayının çirklənmə səviyyəsini mikrobioloji aspektdə vəziyyətinin qiymətləndirilməsi məqsədilə yerində müşahidələr aparıb və laboratoriya analizləri üçün nümunələr götürüb. Nümunə götürülən suyun və quruntun fiziki, kimyəvi xüsusiyyətləri öyrənilib və destruksiya göstəricisi, temperaturu və pH yerindəcə təyin edilib.

Götürülən su nümunələrinin geniş tədqiqi, bakteriya və göbələklərin müəyyən edilməsi məqsədilə Mikrobiologiya İnstitutunun su mikrobiologiyası laboratoriyasında artıq tədqiqatlara başlanılıb.