Ümumi

Saatlı rayonu üzrə 2023-cü ilin 3-cü rübünə dair statistik məlumatlar açıqlanıb

Saatlı rayonu üzrə 2023-cü ilin 3-cü rübünə dair statistik məlumatlar açıqlanıb

Ərazi və əhali

Rayonunun ərazisi 1,18 min kvadrat kilometrə, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 93,0 nəfərə bərabərdir.

İlkin məlumata əsasən 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə rayonunun əhalisi 110289 nəfər olmuş və əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir.

Əhalinin 20,1 min nəfəri və ya 18,3 faizi şəhər yerlərində, 90,2 min nəfəri və ya 81,7 faizi isə kənd yaşayış məntəqələrində yaşayır.

Əhalinin 24,0 faizini 0-14 yaşda, 69,4 faizini 15-64 yaşda, 6,6 faizini isə 65 və yuxarı yaşda olanlar təşkil edir. 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsinə əsasən əhalinin 88,9 faizini azərbaycanlılar, 11,1 faizini isə digər millətlər təşkil edir.

2023-cü ilin yanvar-sentyabr aylarında rayonda 920 nəfər körpə doğulmuş və 397 nəfər ölən qeydə alınmışdır. Vəfat edənlərin 5 nəfəri 1 yaşa qədər ölən uşaqlar olmuşdur.

2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı 14,0-dən 11,1-ə qədər, ölənlərin sayı isə 5,1-dən 4,8-ə qədər azalmışdır.

2023-cü ilin yanvar-sentyabr aylarında rayonda 383 nikah və 122 boşanma qeydə alınmışdır ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə nikahların sayı 6,2-dən 4,7-yə qədər azalmış, boşanmaların sayı isə 1,2-dən 1,5-ə qədər artmışdır.

Makroiqtisadi göstəricilər

2023-cü ilin yanvar-sentyabr aylarında əvvəki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 25080,3 min manat və ya müqayisəli qiymətlərlə 2,5 faiz artaraq, 313611,9 min manat olmuşdur.

Ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə tikinti sahəsi üzrə 98,2 faiz, informasiya və rabitə sahəsi üzrə 15,0 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 3,0 faiz, ticarət: nəqliyyat vasitələrininin təmiri sahəsi üzrə 1,0 faiz artmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmi 26587,8 min manat və ya müqayisəli qiymətlərlə 1,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 3140,0 min manat və ya müqayisəli qiymətlərlə 2,6 faiz artmışdır. 2023-cü ilin yanvar-avqust ayları ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 549,6 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 49,3 manat və ya 9,9 faiz çoxdur.

Kənd təsərrüfatı

Rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2023-cü ilin 9-ayı ərzində istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri ilkin hesablamalara əsasən 184186,8 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 19373,8 min manat və ya müqayisəli qiymətlərlə 3,0 faiz çoxdur. Istehsal olunmuş kənd təsərrüfat məhsullarının 120119,5 min manat və ya 65,2 faizi bitkiçilik məhsullarının, 64067,3 min manatı və ya 34,8 faizi heyvandarlıq məhsullarının payına düşür.

Rayon üzrə ümumi əkin sahəsinin 19801,0 hektarında və ya 36,95 faizi payızlıq taxıl, 16586,0 hektar və ya 30,95 faiz yem bitkiləri, 12624,1 hektar və ya 23,56 faizi pambıq, 2463,5 hektar və ya 4,60 faiz bostan, 922,5 hektar və ya 1,72 faizi dən üçün qarğıdalı, 812,2 hektar və ya 1,51 faizi tərəvəz, 364,0 hektar və ya 0,68 faiz kartof, 9 hektar və ya 0,02 faizi lobya, 7 hektar və ya 0,01 faizi günəbaxan əkilmişdir. Sahələrdən məhsul yığımı davam etdirilir. 01 oktyabr 2023-cü il tarixə 19801,0 hektar sahədə taxıl məhsulu biçilmişdir, həmin sahədən 80909,6 ton məhsul toplanmışdır kı, bu da hər hektardan 40,9 sentner məhsul deməkdir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisə etdikdə hər hektardan 0,2 sentner çox taxıl məhsul toplanmışdır. 894,0 hektar sahədən 5379,4 ton və ya hər hektardan 60,2 sentner dən üçün qarğıdalı, 9 hektar sahədən 77,5 ton və ya hər hektardan 86,1 sentner dənli paxlalılar (lobya) məhsulu, 7 hektar sahədən 39,6 ton və ya hər hektardan 56,6 sentner dən üçün günəbaxan, 364,0 hektar sahədən 7298,1 ton və ya hər hektardan 200,5 sentner kartof, 812,2 hektar sahədən 22767,2 ton və ya hər hektardan 280,3 sentner tərəvəz, 2463,5 hektar sahədən 85479,3 ton və ya hər hektardan 347,0 sentner bostan, 3071,6 hektar sahədən 6103,0 ton və ya 19,9 sentner meyvə və giləmeyvə, 16586,0 hektar sahədən 128200,5 ton və ya hər hektardan 77,3 sentner yonca və 1387,6 ton üzüm məhsulu toplanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər hektardan 0,4 sentner dən üçün qarğıdalı, 0,2 sentner lobya, 0,6 sentner dən üçün günəbaxan, 0,3 sentner kartof, 0,1 sentner tərəvəz, 13,4 sentner bostan və 0,5 sentner yonca çox toplanmışdır.

Rayonda pambıq tədarükü davam edir. 01 oktyabr 2023-cü il tarixinə əkilmiş 12624,1 hektar sahədən 3152,4 ton xam pambıq tədarük edilmişdir ki, bu da respublika üzrə pambıq tədarükündə ən yaxşı göstəricidir. Sahələrdə kənd təsərrüfatı məhsullarının yığımı davam edir.

Sənaye

2023-сü ilin yanvar-sentyabr ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 43666,4 min manatlıq və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz az sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 92,79 faizi sənaye məhsulları, 7,21 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.

İstehsal olunan sənaye məhsulu və xidmətlərin 92,79 faizi emal və mədənçıxarma sənayesi bölməsinin, 4,74 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 2,47 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür. Ümumi istehsalda qeyri-dövlət sektoru 68,5 faiz, dövlət sektoru isə 31,5 faiz təşkil etmişdir.

Tikinti

2023-сü ilin yanvar-sentyabr ayları ərzində tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən 5742,5 min manat həcmində tikinti işləri yerinə yetirilmişdir. Görülmüş tikinti işlərinin 4161,8 min manatını və ya 72,5 faizini tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi işləri, 451,8 min manatını və ya 7,9 faizini  əsaslı təmir, 1128,9 min manatını və ya 19,6 faizini isə cari təmir işləri təşkil etmişdir.

Cari ilin 9 ayı ərzində istifadəyə verilmiş əsas fondların dəyəri 1475,7 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz çox olmuşdur.

2023-сü ilin yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 5905,6 min manat olaraq əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 75,7 faiz çox olmuşdur. İstifadə olunan investisiyanın 3871,6 min manatı və ya 65,6 faizi dövlət vəsaiti, 2034,0 min manatı və ya 34,4 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur.

Cari ilin yanvar-sentyabr ayları ərzində əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 4077,0 kv.m olan fərdi yaşayış evləri istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 257,0 kv.m və ya 6,7 faiz çox olmuşdur.

Nəqliyyat

2023-сü ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 2764,9 min manat olmuşdur ki, ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,2 faiz azalmışdır. Məhsul buraxlışının həcmindən 164,4 min manatı hüquqi şəxslərin, 2600,5 min manatı isə fiziki şəxslərin payına düşür. 2023-сü ilin yanvar-sentyabr ayları ərzində fiziki şəxslər tərəfindən 4792,0 min sərnişin, 374,0 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 842,0 min və ya 21,3 faiz çox sərnişin, 34,0 min ton və ya 10,0 faiz çox yük daşınmışdır.

Rabitə

2023-сü ilin yanvar-sentyabr ayları ərzində rabitə müəssisələri tərəfindən müəssisə təşkilatlara və əhaliyə göstərilən xidmətlərin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 678,4 min manat olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 88,7 min manat və ya müqayisəli qiymətlərlə 15,0 faiz çox olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 564,9 min manat olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 64,1 min manat artmışdır.

Pərakəndə ticarət dövriyyəsi

2023-сü ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 239290,2 min manat olmuşdur ki, bunun da 22546,4 min manatı və ya 9,4 faizi hüquqi şəxslərin, 216743,8 min manatı və ya 90,6 faizi fərdi sahibkarların payına düşür.

Pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26587,8 min manat və ya müqayisəli qiymətlərlə 1,0 faiz artmışdır.

Pərakəndə ticarət dövriyyəsinin 116452,4 min manatı və yaxud 48,7 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 122837,8 min manatı və yaxud 51,3 faizi qeyri ərzaq mallarının payına düşür. Pərakəndə ticarət dövriyyəsinin 239285,7 min manatı və ya 99,9 faiz özəl sektorun payına düşür. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində mal qalığı 19788,3 min manat olmuşdur.

Ödənişli xidmətlər

2023-сü ilin yanvar-sentyabr ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 28255,0 min manat olmuşdur ki, bunun da 4892,5 min manatı hüquqi şəxslərin, 23362,5 min manatı isə fərdi sahibkarların payına düşür.

Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3140,0 min manat və ya müqayisəli qiymətlərlə 2,6 faiz artmışdır. Göstərilən ödənişli xidmətlərin həcmindən 3682,0 min manatı məişət xidməti olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 438,0 min manat və ya müqayisəli qiymətlərlə 1,3 faiz çoxdur. 2023-сü ilin yanvar-sentyabr ayları ərzində iaşə dövriyyəsinin həcmi 4892,0 min manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü müqayisədə 834,0 min manat və ya müqayisəli qiymətlərlə 5,1 faiz çox olmuşdur.

Daha ətraflı statistik məlumatlar faylını buradan yükləyə bilərsiniz.