Ümumi

Saatlı rayonu üzrə 2024-cü ilin 1-ci rübünə dair statistik məlumatlar açıqlanıb

Saatlı rayonu üzrə 2024-cü ilin 1-ci rübünə dair statistik məlumatlar açıqlanıb

Ərazi və əhali

Rayonun ərazisi 1,18 min kvadrat kilometrə, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 94,0 nəfərə bərabərdir.

İlkin məlumata əsasən 2024-cü il aprel ayının 1-i vəziyyətinə rayonun əhalisi 110632 nəfər olmuş və əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir.

Əhalinin 20,2 min nəfəri və ya 18,3 faizi şəhər yerlərində, 90,4 min nəfəri və ya 81,7 faizi isə kənd yaşayış məntəqələrində yaşayır.

Əhalinin 23,3 faizini 0-14 yaşda, 69,5 faizini 15-64 yaşda, 7,2 faizini isə 65 və yuxarı yaşda olanlar təşkil edir. 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsinə əsasən əhalinin 88,9 faizini azərbaycanlılar, 11,1 faizini isə digər millətlər təşkil edir.

Makroiqtisadi göstəricilər

2024-cü ilin yanvar-mart aylarında ümumi məhsul buraxılışının həcmi əvvəki ilin müvafiq dövrü ilə müqayisədə 2628,6 min manat və ya müqayisəli qiymətlərlə 3,7 faiz azalaraq, 68602,1 min manat olmuşdur.

Ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə informasiya və rabitə sahəsi üzrə 47,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 4,5 faiz, ticarət: nəqliyyat vasitələrininin təmiri sahəsi üzrə 2,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 0,3 faiz artmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmi 1100,0 min manat və ya müqayisəli qiymətlərlə 1,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 360,0 min manat və ya müqayisəli qiymətlərlə 1,4 faiz artmışdır. 2024-cü ilin yanvar-fevral ayları ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 616,9 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 91,1 manat və ya 17,3 faiz çoxdur.

Kənd təsərrüfatı

Rayonun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2024-cü ilin yanvar-mart ayları ərzində istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri ilkin hesablamalara əsasən 18863,9 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 1313,2 min manat və ya müqayisəli qiymətlərlə 0,3 faiz çoxdur. Istehsal olunmuş kənd təsərrüfat məhsullarının hamısı heyvandarlıq məhsullarının payına düşür.

Sənaye

2024-сü ilin yanvar-mart ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 22851,1 min manatlıq və ya 2023-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,2 faiz az sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 95,38 faizi sənaye məhsulları, 4,62 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.

İstehsal olunan sənaye məhsulu və xidmətlərin 95,38 faizi emal və mədənçıxarma sənayesi bölməsinin, 3,05 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,57 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür. Ümumi istehsalda qeyri-dövlət sektoru 73,8 faiz, dövlət sektoru isə 26,2 faiz təşkil etmişdir.

1 aprel 2024-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 32479,6 min manatlıq hazır məhsul qalığı olmuşdur.

Mal və xidmətlərin 19801,1 min manat və ya 86,7 faizi hüquqi şəxslər, 3050,0 min manat və ya 13,3 faizi isə fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuşdur.

Sənaye istehsalçıları tərəfindən yanvar-mart ayları ərzində 6237,3 ton pambıq mahlıcı, 7198,2 ton pambıq çiyidi, 430,0 ton pambıq lint-tiftiyi, 92,2 ton pambıq ulyuku, 247,4 ton biyan turşusu, 246,0 ton biyan kipi istehsal olunmuşdur.

Əsaslı tikinti

2024-сü ilin yanvar-mart  ayları ərzində tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən 1303,2 min manat həcmində tikinti işləri yerinə yetirilmişdir. Görülmüş tikinti işlərinin 122,2 min manatını və ya 9,4 faizini tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi işləri, 640,0 min manatını və ya 49,1 faizini  əsaslı təmir, 541,0 min manatını və ya 41,5 faizini isə cari təmir işləri təşkil etmişdir.

2024-сü ilin yanvar-mart  ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 397,4 min manat olaraq əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 41,7 faiz çox olmuşdur. İstifadə olunan investisiyanın 361,6 min manatı və ya 91,0 faizi dövlət vəsaiti, 35,8 min manatı və ya 9,0 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur.

Cari ilin yanvar-mart  ayları ərzində əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 110,0 kv.m olan fərdi yaşayış evləri istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 706,0 kv.m və ya 13,5 dəfə az olmuşdur.

Nəqliyyat

2024-сü ilin yanvar-mart  ayları ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 722,0 min manat olmuşdur ki, ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,5 faiz artmışdır. Məhsul buraxlışının həcmindən 47,0 min manatı hüquqi şəxslərin, 675,0 min manatı isə fiziki şəxslərin payına düşür. 2024-сü ilin yanvar-mart ayları ərzində fiziki şəxslər tərəfindən 1808,0 min sərnişin, 165,0 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 111,0 min və ya 6,5 faiz çox sərnişin, 8,0 min ton və ya 5,1 faiz çox yük daşınmışdır.

Rabitə

2024-сü ilin yanvar-mart ayları ərzində rabitə müəssisələri tərəfindən müəssisə təşkilatlara və əhaliyə göstərilən xidmətlərin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 317,9 min manat olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 102,9 min manat və ya müqayisəli qiymətlərlə 47,3 faiz çox olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 241,8 min manat olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 58,2 min manat artmışdır.

Pərakəndə ticarət dövriyyəsinin həcmi

2024-сü ilin yanvar-mart ayları ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 76700,0 min manat olmuşdur ki, bunun da 10485,3 min manatı və ya 13,7 faizi hüquqi şəxslərin, 66214,7 min manatı və ya 86,3 faizi fərdi sahibkarların payına düşür.

Pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1100,0 min manat və ya müqayisəli qiymətlərlə 1,0 faiz artmışdır.

Pərakəndə ticarət dövriyyəsinin 37507,6 min manatı və yaxud 48,9 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 39192,4 min manatı və yaxud 51,1 faizi qeyri-ərzaq mallarının payına düşür. Pərakəndə ticarət dövriyyəsinin 76698,0 min manatı və ya 99,9 faiz özəl sektorun payına düşür. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində mal qalığı 18179,6 min manat olmuşdur.

Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi

2024-сü ilin yanvar-mart ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 9480,0 min manat olmuşdur ki, bunun da 1647,6 min manatı hüquqi şəxslərin, 7832,4 min manatı isə fərdi sahibkarların payına düşür.

Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 360,0 min manat və ya müqayisəli qiymətlərlə 1,4 faiz artmışdır. Göstərilən ödənişli xidmətlərin həcmindən 1165,0 min manatı məişət xidməti olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 41,0 min manat və ya müqayisəli qiymətlərlə 1,2 faiz çoxdur. 2024-сü ilin yanvar-mart ayları ərzində iaşə dövriyyəsinin həcmi 1020,0 min manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 40,0 min manat və ya müqayisəli qiymətlərlə 1,8 faiz çox olmuşdur.

Yeni açılmış iş yerləri

2024-cü ilin yanvar-mart aylarında rayonda inkişaf edən yeni iqtisadi münasibətlər şəraitində əhalinin iqtisadi fəallığı xeyli artmış və fəaliyyət sahələri genişlənmişdir.

Cari ilin I rübü ərzində 39 yeni iş yeri açılmışdır ki, bunun 37-si yeni yaranmış, 1-i mövcud, 1-i isə fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin payına düşür.

İqtisadi fəal, məşğul, işsiz əhali

01 yanvar 2024-cü il tarixinə bütün işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali 59389 nəfər olmuşdur ki, bununda 56892 nəfəri məşğul əhali, 2497 nəfəri işsiz əhalidir.

Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı

2024-cü il martın 1-i vəziyyətinə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 8695 nəfər olmuş, onlardan 5501 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3194 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 29,1 faizi təhsil, 24,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 14,0 faizi sənaye, 8,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,6 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,5 faizi tikinti, 0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 0,6 faizi informasiya və rabitə, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, 0,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2024-cü ilin yanvar-fevral aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,3 faiz artaraq 616,9 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Daha ətraflı statistik məlumatlar faylını buradan yükləyə bilərsiniz.