Ümumi

Saatlı rayonu üzrə 2025-ci ilin 1-ci rübünə dair statistik məlumatlar açıqlanıb

Saatlı rayonu üzrə 2025-ci ilin 1-ci rübünə dair statistik məlumatlar açıqlanıb

Ərazi və əhali

Rayonun ərazisi 1,18 min kvadrat kilometrə, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 94,0 nəfərə bərabərdir. Rayonda 1 şəhər və 35 kənd inzibati ərazi dairəsi mövcuddur.

İlkin məlumata əsasən 2025-ci il aprel ayının 1-i vəziyyətinə rayonun əhalisi 111245 nəfər olmuş və əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin 20,2 min nəfəri və ya 18,2 faizi şəhər yerlərində, 91,0 min nəfəri və ya 81,8 faizi isə kənd yaşayış məntəqələrində yaşayır.

Doğum və ölüm

2025-ci ilin yanvar-mart aylarında 174 doğulan körpə və 122 ölüm halı qeydə alınmışdır. Vəfat edənlərin 2 nəfəri 1 yaşa qədər ölən uşaqlar olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı azalaraq 10,3-dən 6,3-ə, ölənlərin sayı isə 5,5-dən 4,4-ə düşmüşdür.

Nikah və boşanmalar

Cari ilin yanvar-mart aylarında 99 nikah və 35 boşanma halları qeydə alınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə azalaraq nikahların sayı 4,9-dan 3,6-ya, boşanmaların sayı isə 1,9-dan 1,3-ə düşmüşdür.

Makroiqtisadi göstəricilər

2025-ci ilin yanvar-mart aylarında ümumi məhsul buraxılışının həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,2 faiz azalaraq, 79894,3 min manat olmuşdur.

Ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə informasiya və rabitə sahəsi üzrə 91,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 46,5 faiz, ticarət: nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə isə 0,7 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 0,3 faiz artmış, sənaye sahəsi üzrə 18,1 faiz, tikinti sahəsi üzrə isə 55,2 faiz azalmışdır.

Cari ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,0 dəfə, pərakəndə ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 0,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi müqayisəli qiymətlərlə  2,1 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə yük daşınması 5,5 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə sərnişin daşınması 3,9 faiz artmışdır. 2025-ci ilin yanvar-fevral ayları ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 649,1 manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,2 manat və ya 4,2 faiz çox olmuşdur.

Sənaye

2025-сi ilin yanvar-mart ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 30341,9 min manatlıq və ya 2024-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 18,1 faiz az sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 90,45 faizi sənaye məhsulları, 9,55 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.

Sənaye məhsulunun 90,45 faizi emal sektorunda, 8,20 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,35 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Ümumi istehsalda qeyri-dövlət sektoru 74,46 faiz, dövlət sektoru isə 25,54 faiz təşkil etmişdir.

Heyvanların baş sayı haqqında

2025-ci ilin 1 aprel vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 69337 baş, o cümlədən, inək və camışların sayı 33307 baş, qoyun və keçilərin sayı 117046 baş olmuşdur. 2024-cü ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 1271 baş, qoyun və keçilərin sayı isə 214 baş artmışdır.

İribuynuzlu mal-qaranın tərkibində inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 725 baş artmışdır.

Heyvandarlıq sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri üzrə 2025-ci ilin 1-i aprel vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 2218 baş, o cümlədən, inək və camışların sayı 1124 baş, qoyun və keçilərin sayı isə 9282 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1630 baş, o cümlədən, inək və camışların sayı 864 baş, qoyun və keçilərin sayı isə 320 baş artmışdır.

Heyvandarlıq sahəsində 20 kəndli fermer təsərrüfatı fəaliyyət göstərir.

Kənd təsərrüfatı

Rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2025-ci ilin ilk 3-ayı ərzində istehsal edilmiş kənd təsərrüfatı üzrə məhsul buraxılışı ilkin hesablamalara əsasən 20614,6 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,3 faiz çox olmuşdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının hamısı heyvandarlıq məhsullarının payına düşmüşdür.

Heyvandarlıq məhsullarının istehsalı

2025-ci ilin yanvar-mart ayları ərzində ət istehsalı (diri çəkidə) 1689,7 ton, süd istehsalı 8557,7 ton, yumurta istehsalı 3889,0 min ədəd olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 ton ət, 2,8 ton süd, 39,0 min ədəd yumurta çox istehsal olunmuşdur.

Tikinti işləri

2025-сi ilin yanvar-mart ayları ərzində tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 1475,5 min manat həcmində tikinti işləri yerinə yetirilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 55,2 faiz az olmuşdur. Görülmüş tikinti işlərinin 272,3 min manatını və ya 18,45 faizini inşa, yenidənqurma və bərpa işləri, 621,9 min manatını və ya 42,15 faizini əsaslı təmir, 581,3 min manatını və ya 39,40 faizini cari təmir işləri təşkil etmişdir.

İnvestisiyalar

2025-сi ilin yanvar-mart ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1596,1 min manat olaraq əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,0 dəfə çox olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 1450,7 min manatı və ya 90,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İstifadə olunan investisiyanın 126,9 min manatı və ya 8,0 faizi dövlət vəsaiti, 1469,2 min manatı və ya 92,0 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur.

Nəqliyyatın əsas göstəriciləri

2025-сi ilin yanvar-mart ayları ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən istehsal olunmuş və göstərilmiş xidmətlərin həcmi 1081,2 min manat olmuş və ötən ilin müvafiq dövrünə nisbətən 359,2 min manat və ya müqayisəli qiymətlərlə 46,5 faiz artmışdır. Məhsul buraxılışının 387,8 min manatı hüquqi şəxslərin, 693,4 min manatı isə fiziki şəxslərin payına düşür. 2025-сi ilin yanvar-mart ayları ərzində avtomobil nəqliyyatı ilə 1879,0 min sərnişin, 174,0 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,0 min və ya 3,9 faiz çox sərnişin, 9,0 min ton və ya 5,5 faiz çox yük daşınmışdır.

Rabitənin əsas göstəriciləri

2025-сi ilin yanvar-mart ayları ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən müəssisə-təşkilatlara və əhaliyə göstərilən xidmətlərin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 610,1 min manat olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 292,2 min manat və ya müqayisəli qiymətlərlə 91,7 faiz çox olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 520,4 min manat olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 278,6 min manat çox olmuşdur.

Pərakəndə ticarət dövriyyəsi

2025-сi ilin yanvar-mart ayları ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 80534,4 min manat olmuşdur ki, bunun da 6115,2 min manatı və ya 7,6 faizi hüquqi şəxslərin, 74419,2 min manatı və ya 92,4 faizi fərdi sahibkarların payına düşür.

Pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3834,4 min manat və ya müqayisəli qiymətlərlə 0,7 faiz artmışdır.

Pərakəndə ticarət dövriyyəsinin 40718,1 min manatı və yaxud 50,6 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 39816,3 min manatı və yaxud 49,4 faizi qeyri-ərzaq mallarının payına düşür. Pərakəndə ticarət dövriyyəsinin 100,0 faizi də, özəl sektorun payına düşür. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində mal qalığı 22394,3 min manat olmuşdur.

Ödənişli xidmətlər

2025-сi ilin yanvar-mart ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 10430,0 min manat olmuş və onun 3738,5 min manatı və ya 35,8 faizi hüquqi şəxslərin, 6691,5 min manatı və ya 64,2 faizi isə fərdi sahibkarların payına düşmüşdür.

Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 950,0 min manat və ya müqayisəli qiymətlərlə 2,1 faiz artmışdır. Göstərilən ödənişli xidmətlərin həcmindən 1252,0 min manatı məişət xidməti olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 87,0 min manat və ya müqayisəli qiymətlərlə 2,1 faiz çox olmuşdur. 2025-сi ilin yanvar-mart ayları ərzində iaşə dövriyyəsinin həcmi 1105,0 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 85,0 min manat və ya müqayisəli qiymətlərlə 2,6 faiz çox olmuşdur.

Yeni iş yerləri

2025-ci ilin yanvar-mart aylarında rayonda inkişaf edən yeni iqtisadi münasibətlər şəraitində əhalinin iqtisadi fəallığı artmış və fəaliyyət sahələri genişlənmişdir. Cari ilin ilk 3-ayı ərzində 32 yeni iş yeri açılmışdır ki, bunun 19-u mövcud hüquqi şəxslər üzrə, 11-i yeni yaradılmış hüquqi şəxslər üzrə, 2-si isə fəaliyyəti bərpa edilmiş hüquqi şəxslər üzrə olmuşdur.

Muzdla çalışanlar və orta aylıq əməkhaqqı

2025-ci ilin mart ayının 1-i vəziyyətinə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 8526 nəfər və ya əvvəlki ilin eyni dövrünə nisbətən 99 nəfər çox olmuşdur. Muzdla çalışan işçilərin 5385 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3141 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 30,7 faizi təhsil, 24,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi sənaye, 6,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 faizi tikinti, 3,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 0,6 faizi informasiya və rabitə, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, 0,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi isə iqtisadiyyatın digər sahələrində xidmətlərin göstərilməsi sahələrində olmuşdur.

2025-ci ilin yanvar-fevral aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artaraq 649,1 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, təhsil, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Bitkiçilik

Rayonun təsərrüfatlarında yazlıq bitkilərin kütləvi əkini davam edir. Kənd təsərrüfatı müəssisələri, əhali və fermer təsərrüfatları əlverişli hava şəraitindən maksimum istifadə edərək yazlıq bitkilərin əkinini optimal müddətdə və aqrotexniki qaydada başa çatdırmağa çalışırlar.

2025-ci il aprelin 1-i vəziyyətinə 2660,0 hektar sahədə yazlıq bitkilər əkilmiş və onun 1209,0 hektarına (45,45 faiz) çoxillik otlar, 769,5 hektarına (28,93 faiz) bostan, 409,0 hektarına (15,38 faiz) kartof, 232,5 hektarına (8,74 faiz) tərəvəz, 27,0 hektarına (1,02 faiz) dən üçün qarğıdalı, 7 hektarına (0,26 faiz) lobya, 6 hektarına (0,22 faiz) isə dən üçün günəbaxan əkilmişdir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,0 hektar dən üçün qarğıdalı, 7,0 hektar lobya, 49,0 hektar kartof, 13,5 hektar tərəvəz, 251,5 hektar bostan bitkiləri çox, 189 hektar çoxillik otlar (yonca) isə az əkilmişdir.

Daha ətraflı statistik məlumatlar faylını buradan yükləyə bilərsiniz.