Məqalələr

Tarixi ədalət bərpa olundu

Tarixi ədalət bərpa olundu

2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxış edərək bu təsisatın yarandığı gündən beynəlxalq arenada oynadığı çoxşaxəli fəaliyyətindən danışdı. Danışaraq göstərdi ki, bu təsisat BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisatdır və müxtəlif regionları əhatə edən 120 fərqli ölkəni özündə birləşdirir.

...1955-ci ildə İndoneziyada keçirilən Bandunq konfransında qəbul olunmuş ölkələrin suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsiplər Qoşulmama Hərəkatının təməlində dayanır. Əgər bu gün bütün ölkələr Bandunq prinsiplərinə əməl etmiş olsaydılar, bu gün müharibələr və münaqişələr baş verməzdi.

Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəklədiyi üçün 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olmuşdur. Daha sonra beynəlxalq aləmdə tüğyan edən riyakarlıq və ikili standartlardan bir daha bəhs edən Prezident İlham Əliyev Dağlıq Qarabağ Azərbaycan - Ermənistan münaqişəsinin həllindən danışaraq qeyd etdi ki, bu riyakarlıq və ikili standartlar işğalçı Ermənistana keçən əsrin sonlarında Azərbaycanın 20% torpaqlarını işğal etməsinə rəvac vermişdir və 30 il ərzində işğal altında saxlamaq üçün şərait yaratmışdır. Ermənistan dövləti Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmişdir. 1992-ci ilin fevralın 26-da Xocalı soyqırımı törədildi, yüzlərlə mülki şəxs, 106 qadın və 63 uşaq qətlə yetirildi. Bir milyondan çox Azərbaycanlı öz torpaqlarından qaşqın düşdü.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş dörd qətnamədən imtina etməsinə baxmayaraq, işğalçı Ermənistan dövlətinə qarşı heç bir sanksiya tətbiq olunmadı, təcavückar açıq və ya dolayı yollarla dəstəkləndi. İşğalçı dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı.

Amma münaqişə artıq öz həllini tapıb və keçmişdə qalıb. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücumuna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da Kapituliyasiya aktının imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi. 30 illik münaqişəyə son qoyuldu və hərbi-siyasi yolla ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu.

Beləliklə “Dağlıq Qarabağ” adı tarixin arxivinə gömüldü və bir daha başı əzilmiş erməni faşizmi kimi baş qaldıra bilməz, əgər baş qaldırarsa “Dəmir Yumruq” bu başı amansızlıqla əzəcək!

İsmayılov Zəfər,
Saatlı rayon Orta Muğan kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi.