Cəmiyyət

"20 Sentyabr - Dövlət Suverenliyi Günü" ilə əlaqədar Saatlıda bir qrup antiterror əməliyyatı iştirakçıları və onların ailələri ziyarət olunub

"20 Sentyabr - Dövlət Suverenliyi Günü" ilə əlaqədar Saatlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 18 sentyabr 2026-cı il tarixində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində həyata keçirilmiş antiterror əməliyyatında iştirak etmiş bir qrup şəxslər və onların ailələri ziyarət olunub.

Ziyarət zamanı antiterror əməliyyatı iştirakçılarına və onların ailə üzvlərinə diqqət və ehtiram göstərilib, ailələrin sosial-məişət vəziyyəti öyrənilib, mövcud problemləri və müraciətləri dinlənilib.

Görüşlər zamanı dövlətimizin şəhid ailələrinə, müharibə iştirakçılarına və ölkəmizin suverenliyinin bərpasında xidmətləri olan şəxslərə göstərdiyi diqqət və qayğı vurğulanıb.

Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.