Ümumi

"27 Sentyabr - Anım Günü" ilə əlaqədar şəhid ailələri ziyarət olunub

27 Sentyabr - Anım Günü ilə əlaqədar Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun yerli idarə, müəssisə və təşkilatlarının, şəhər və kənd bələdiyyələrinin, eləcə də şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşlarının birgə iştirakı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin ailələri ziyarət olunub.

Ziyarətlər zamanı şəhid ailələrinə dərin hörmət və ehtiram ifadə olunub, onların fikir və müraciətləri dinlənilib, sosial-məişət vəziyyəti, qarşılaşdıqları problemlər və digər məsələlərlə maraqlanılıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğını xüsusi qeyd ediblər.