Ümumi

27 sentyabr "Anım günü" ilə əlaqədar şəhid ailələri ziyarət olundu

27 sentyabr

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 27 sentyabr Anım günü ilə əlaqədar rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, kənd icra nüməyəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, bələdiyyə sədrləri və üzvləri, həmçinin digər idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə şəhid ailələri ziyarət olundu.

Ziyarət zamanı ailələrin fikirləri dinlənildi və səsləndirilən təkliflərin nəzərə alınaraq icra ediləcəyi, dövlət tərəfindən hər zaman şəhid ailələrinin mənafelərinin müdafiəsinə xüsusi önəm verildiyi bildirildi.