"5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə cəmiyyətdə sağlam həyat tərzinin təbliği, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması, gənclərin idmana marağının gücləndirilməsi, həmçinin idmançı və məşqçilərin əməyinin qiymətləndirilməsi məqsədilə tədbir həyata keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov bədən tərbiyəsi və idmanın gənc nəslin fiziki və mənəvi inkişafında, sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulayaraq, cənab Prezident İlham Əliyevin idmanın inkişafına göstərilən davamlı diqqət və qayğısından bəhs etmiş, gənclərin idmana cəlb olunması və kütləviliyin artırılması istiqamətində görülən işləri diqqətə çatdırmış, eyni zamanda idmançıların və məşqçilərin əldə etdikləri nailiyyətlərin rayonun ictimai həyatında xüsusi yer tutduğunu qeyd edərək, onları "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə həmçinin, Dövlət İdarələri və İctimai Xidmət İşləri Həmkarlar İttifaqı Saatlı Rayon Komitəsinin idman zalının müəllimi Səxavət Daşdəmirov, "Araz-Şöhrət" İdman Klubunun müəllimi Pərviz Məmmədov və digər çıxış edən şəxslər idmanın gənc nəslin sağlam və fəal vətəndaş kimi formalaşmasındakı rolundan, eləcə də fəaliyyətləri ərzində əldə etdikləri nailiyyətlər və gələcək hədəfləri barədə fikirlərini bölüşmüşlər.
Tədbirin sonunda idman sahəsində yüksək nəticələr əldə edən müəllim və idmançılar Saatlı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşlar.