Ümumi

66 saylı Saatlı seçki dairəsi üzrə maarifləndirici treninqlər 282 komissiya üzvünü əhatə edir

66 saylı Saatlı seçki dairəsi üzrə maarifləndirici treninqlər 282 komissiya üzvünü əhatə edir

66 saylı Saatlı seçki dairəsinin Dairə Seçki Komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Treninqlər gündə iki dəfə olmaqla, dörd gün nəzərdə tutulub.

Dairə Seçki Komissiyasından bildirilib ki, treninqlər seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb olunmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır. Tədris edilən məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.

Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.

Qeyd edək ki, sözügedən dairə üzrə 47 seçki məntəqəsi var. Ümumilikdə seçki dairəsi üzrə 48 min 8 seçici qeydə alınıb ki, onlardan 365 nəfəri ilk dəfə səsvermə hüququna malik olan seçicilərdir. Seçki dairəsi üzrə 197 namizəd qeydə alınıb.