Ölkə Başçısı Saatlıda

Prezident İlham Əliyev Saatlıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident İlham Əliyev Saatlıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident İlham Əliyev Saatlı rayonuna səfərə gəlib.

Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirdi ki, son dövrdə abidənin yerləşdiyi parkda geniş abadlıq-quruculuq işləri aparılıb. Dövlət başçısına rayonda icra olunan layihələr və qarşıda duran vəzifələr barədə məlumat verildi.