Saatlıda “Adıgün” türk xalq folklor kollektivi ilə görüş keçirilib. Kollektiv üzvləri Şuşada keçirilən V Xarıbülbül Beynəlxalq folklor festivalında uğurlu iştirakına görə mükafatlandırılıb.
Sabirabad Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, görüşdə Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə iştirak edib. Görüşdə Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evinin nəzdində fəaliyyət göstərən “Adıgün” türk xalq folklor kollektivinin Saatlıda yaşayan Axıska türklərinin adət-ənənəsi, folkloru, milli-mənəvi dəyərlərini yaşatdığı qeyd olunub.
Kollektivə icra hakimiyyəti başçısının və Sabirabad Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları təqdim edilib.