Ümumi

AHİK-in üzv təşkilatı ASİHİB-nin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

AHİK-in üzv təşkilatı ASİHİB-nin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi (ASİHİB) “Zəfər” bayramı ərəfəsində şəhid ailələirini ziyarət edib. Bu dəfə Saatlı rayonunda qeydiyyatda olan 37 şəhid ailəsinə baş çəkilib, qayğıları dinlənilib.

Görüşdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Elnur Atayev 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaətindən, tarixi Qələbənin əhəmiyyətindən, əsgər və zabitlərimizin rəşadətindən danışıblar.

Şəhid ailələri dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara xüsusi diqqətindən məmnunluqla söz açıblar.

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi tərəfindən hər bir şəhid ailəsinə sovqatlar verilib.