Elm və təhsil

Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gənclərimiz

Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gənclərimiz

Əlizadə Sürəyya Münasib qızı

Saatlı Rayon S. Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Əlizadə Sürəyya Münasib qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı I ixtisas qrupu üzrə 690 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş və Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmuşdur.

Sürəyya Əlizadə məktəb illərində də hər zaman nizam-intizamı, uğurlu nəticələri ilə fərqlənmişdir. Belə ki, o, 2022/2023-cü tədris ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olaraq birinci yerə layiq görülmüş, 2025-ci ildə məktəbi xüsusi nailiyyətlərlə bitirdiyinə görə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmri ilə qızıl nişanla təltif edilmişdir. S.Əlizadə həmçinin rayonun ictimai-siyasi həyatında, keçirilən ümumrayon tədbirlərində də hər zaman fəallıq göstərmişdir.

O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir.

Göstərdiyi uğurlu nəticələrə görə Sürəyya Əlizadəni təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Səfərova Aysel Eldəniz qızı

Saatlı Rayon Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Səfərova Aysel Eldəniz qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı IV ixtisas qrupu üzrə 687.9 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olmuşdur. Aysel Səfərova məktəb illərində də hər zaman nizam-intizamı ilə seçilmiş, müsabiqə və yarışlarda, eyni zamanda fənn olimpiadalarında uğurlu nəticələr əldə etmişdir. O, 2022/2023-cü tədris ilində RFO–da biologiya fənni üzrə III yerə, 2023/2024-cü tədris ilində isə RFO-da biologiya fənni üzrə II yerə layiq görülmüş, 6 dəfə intellektual yarışlarda Azərbaycan birincisi olmuş və 2025-ci ildə məktəbi xüsusi nailiyyətlərlə bitirdiyinə görə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmri ilə qızıl nişanla təltif edilmişdir.

O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir.

Aysel Səfərovanı yüksək nəticə ilə tələbə adını qazanması münasibəti ilə təbrik edir, təhsil və gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Məhərrəmli Ayxan Araz oğlu

Saatlı rayon Ələhməd Əhmədov adına Qaracalar kənd tam orta ümumtəhsil məktəbinin məzunu Məhərrəmli Ayxan Araz oğlu 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı IV ixtisas qrupu üzrə 678 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına daxil olmuşdur. Məktəb illərində Ayxan Məhərrəmli həm nümunəvi davranışı ilə fərqlənmiş, həm də iştirak etdiyi fənn olimpiadaları, yarış və müsabiqələrdə uğurlar qazanmışdır. 2022/2023 və 2023/2024-cü tədris illərində keçirilən RFO-da kimya fənni üzrə brünc medallara layiq görülmüşdür.

O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir.

Ayxan Məhərrəmlini ali məktəbə yüksək nəticə ilə qəbul olunması münasibətilə təbrik edir, təhsil həyatında və gələcək karyerasında ona uğurlar arzulayırıq.


Nuriyev Firdovsi Röyal oğlu

Saatlı Rayon Məleykə Mirzəliyeva adına Sarıcalar kənd tam orta ümumtəhsil məktəbinin məzunu Nuriyev Firdovsi Röyal oğlu 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı I ixtisas qrupu üzrə 671 bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasının informasiya texnologiyaları ixtisasına daxil olmuşdur. Məktəb illərində Firdovsi Nuriyev dərslərə məsuliyyətli yanaşması və dərsə olan marağı ilə müəllim və şagirdlərin rəğbətini qazanmış, eyni zamanda müxtəlif məktəbdaxili tədbirlərdə fəallıq göstərərək təşkilatçılıq qabiliyyəti ilə seçilmişdir.

O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir.

Firdovsi Nuriyevi ali məktəbə yüksək nəticə ilə qəbul olunması münasibətilə təbrik edir, gələcək təhsil həyatında müvəffəqiyyətlər, ictimai və peşəkar fəaliyyətində isə uğurlar arzulayırıq.


Şıxıyeva Məhbubə Fərman qızı

Saatlı rayon Ələddin Şüküroğlu adına Varxan kənd tam orta ümumtəhsil məktəbinin məzunu Şıxıyeva Məhbubə Fərman qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı IV ixtisas qrupu üzrə 668,7 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına daxil olmuşdur. Məktəb illərində Məhbubə Şıxıyeva daim məsuliyyəti və fəallığı ilə seçilmiş, məktəbdaxili tədbirlərdə, o cümlədən Mil-Muğan Regional Təhsil İdarəsi, rayon təhsil sektoru və digər qurumlar tərəfindən keçirilən intellektual yarışlarda fəal iştirak etmiş, RFO-nun biologiya fənni üzrə rayon mərhələsinin qalibi olmuş və bir çox təltiflərə layiq görülmüşdür.

O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir.

Əldə etdiyi yüksək nəticə ilə ali məktəbə qəbul olan Məhbubə Şıxıyevanı təbrik edir, gələcək həyatında daha böyük nailiyyətlər və parlaq bir arzulayırıq.


Abdullayev Şahlar Seyfulla oğlu

Saatlı şəhər Səməd Vurğun adına 1 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Abdullayev Şahlar Seyfulla oğlu 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı III ixtisas qrupu üzrə 665 bal toplayaraq Bakı Dövlət Univerisitetinin Hüquqşünaslıq ixtisasına daxil olmuşdur. O, təhsil aldığı dövr ərzində nümayiş etdirdiyi bilik və bacarıqları ilə fərqlənmiş, müəllim heyətinin və məktəb kollektivinin dərin rəğbətini qazanmışdır və təhsil müddətində müxtəlif imtahanlarda uğurla iştirak etmişdir.

2023/2024-cü tədris ilində RFO-nun final mərhələsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə yüksək nəticə göstərək qızıl medal qazanıb və müvafiq fənn üzrə “Birincilərin birincisi” adına layiq görülmüşdür. 2025-ci ildə məktəbi xüsusi nailiyyətlərlə bitirdiyi üçün Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə “Qızıl nişan” ilə təltif edilmişdir.

O, eyni zamanda yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyətinin başçısının Fəxri Fərmanı və xüsusi hədiyyə ilə təltif olunmuşdur.

Şahlar Abdullayevi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.


Əzizova Səkinə Oqtay qızı

Saatlı rayon Azad Bayramov adına Məmmədabad kənd tam orta ümumtəhsil məktəbinin məzunu Əzizova Səkinə Oqtay qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı lll ixtisas qrupu üzrə 647 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur.

Səkinə Əzizova məktəb illərində hər zaman nizam-intizamı ilə seçilmiş, məktəbdaxili tədbirlərdə və intelektual yarışmalarda fəal iştirak etmiş, göstərdiyi yüksək nəticələrə görə orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

O, eyni zamanda yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyətinin başçısının Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Səkinə Əzizovanı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik.


Əliquliyeva Aysən Əlcabbar qızı

Saatlı Rayon Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Əliquliyeva Aysən Əlcabbar qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı I ixtisas qrupu üzrə 641.1 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmuşdur.

O, məktəbdə təşkil olunan müxtəlif tədbir və layihələrdə daim fəallıq göstərmiş, nizam-intizamı ilə seçilmiş, 6 dəfə intellektual yarışmalarda ölkə birinci olmuş və göstərdiyi yüksək nəticələrə görə orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir.

Aysən Əliquliyevanı yüksək nəticə ilə tələbə adını qazanması münasibəti ilə təbrik edir, təhsil həyatında və gələcək karyerasında yeni nailiyyətlər arzulayırıq.


Hüseynova Zəhra Cəmil qızı

Saatlı şəhər Cəfər Cabbarlı adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Hüseynova Zəhra Cəmil qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı IV ixtisas qrupu üzrə 636 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olmuşdur.

O, məktəbdaxili müxtəlif tədbir və layihələrdə hər zaman fəallıq göstərmiş, həm müəllimlərin, həm də sinif yoldaşlarının etimadını qazanmış, eyni zamanda nümunəvi davranışı ilə seçilmişdir. Təhsildə əldə etdiyi uğurlara görə orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir.

Zəhra Hüseynovanı ali məktəbə qəbul olması münasibəti ilə təbrik edir, ona gələcək təhsil və iş həyatında müvəffəqiyyətlər arzulayırıq.


Abdullazadə Əzizəxanım Cəbrayıl qızı

Saatlı Rayon Vüqar Əzimov adına Qıraqlı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Abdullazadə Əzizəxanım Cəbrayıl qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı III ixtisas qrupu üzrə 625 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olmuşdur.

Təhsil aldığı müddətdə məktəbdə keçirilən müxtəlif layihə və tədbirlərdə fəallıq göstərən Əzizəxanım, həm öz nizam-intizamı, həm də yüksək nəticələri ilə diqqət çəkmiş və məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən təltif edilmişdir.

Əzizəxanım Abdullazadəni yüksək nəticə ilə tələbə adını qazanması münasibəti ilə təbrik edir və gələcək fəaliyyətlərində arzulayırıq.


Kazımov Azad Ağa oğlu

Saatlı rayon İsmayıl Əliyev adına Hacıqasımlı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Kazımov Azad Ağa oğlu 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı I ixtisas qrupu üzrə 623,9 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Kompüter elmləri ixtisasına qəbul olmuşdur.

O, məktəbdə oxuduğu dövrdə həyata keçirilən tədbir və layihələrdə davamlı iştirak etmiş, nizam-intizamı ilə seçilmiş və əldə etdiyi uğurlara görə məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən təltif edilmişdir.

Azad Kazımovu yüksək nəticə ilə tələbə adını qazanması münasibəti ilə təbrik edir, təhsil və gələcək karyerasında uğurlar arzulayırıq.


Ağayeva Sahilə Samir qızı

Saatlı rayon Əlimərdan Vəliyev adına Dədə Qorqud kənd tam orta ümumtəhsil məktəbinin məzunu Ağayeva Sahilə Samir qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı III ixtisas qrupu üzrə 622 bal toplayaraq Bakı Dövlət  Univerisitetinin Hüquqşünaslıq ixtisasına qəbul olmuşdur.

Məktəbdə oxuduğu illər ərzində keçirilən tədbir və layihələrdə fəal iştirak edən, intizamı və məsuliyyəti ilə seçilən Sahilə Ağayeva, uğurlu nəticələrinə görə məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 2022/2023-cü tədris ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin final turunda qalib gələrək I yerə layiq görülmüşdür.

O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən təltif edilmişdir.

Sahilə Ağayevanı yüksək nəticə ilə tələbə adını qazanması münasibəti ilə təbrik edir, gələcək həyatında yeni uğurlar və nailiyyətlər arzulayırıq.


Bağırzadə Şahnaz Fərhad qızı

Saatlı rayon Rasim Səfərov adına Qara Nuru kənd tam orta ümumtəhsil məktəbinin məzunu Bağırzadə Şahnaz Fərhad qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı 617 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və ictimai münasibətlər ixtisasına daxil olmuşdur.

Şahnaz Bağırzadə məktəbdə oxuduğu illər ərzində keçirilən tədbir və layihələrdə fəal iştirak etmiş, intizam-intizamı və məsuliyyəti ilə seçilmişdir.

O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən təltif edilmişdir.

Şahnaz Bağırzadəni yüksək nəticə ilə tələbə adını qazanması münasibəti ilə təbrik edir, gələcək həyatında yeni-yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq.


Əliyeva Sərvanə Zamiq qızı

Saatlı şəhər Səməd Vurğun adına 1 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Əliyeva Sərvanə Zamiq qızı 2025-ci ildə ali təhsil müəssiələrinə qəbul imtahanı zamanı III ixtisas qrupu üzrə 612 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasına daxil olmuşdur.

O, təhsil aldığı illər ərzində yüksək təhsil göstəriciləri ilə seçilmiş, həm müəllimlər, həm də şagirdlər arasında nümunəvi şagird kimi tanınmış və məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

O, eyni zamanda ali təhsil müəssiələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyətinin başçısı tərəfindən təltif olunmuşdur.

Sərvanə xanımı bu uğurları münasibəti ilə təbrik edir, yüksək nailiyyətlər və davamlı inkişaf arzu edirik.


Məmmədli Nəzrin Nəsimi qızı

Saatlı rayon Azadkənd kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Məmmədli Nəzrin Nəimi qızı 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı IV ixtisas qrupu üzrə 602 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına daxil olmuşdur.

O, təhsil aldığı illər ərzində yüksək nəticələri ilə seçilmiş, həm müəllimlərin, həm də şagirdlərin rəğbətini qazanaraq nümunəvi şagird kimi tanınmış və məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

O, eyni zamanda ali təhsil müəssiələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyətinin başçısı tərəfindən təltif olunmuşdur.

Nəzrin xanımı bu uğurları münasibəti ilə təbrik edir, təhsil və gələcək karyerasında müvəffəqiyyətlər arzulayırıq.


Ağakişiyev Rza Əbləsən oğlu

Saatlı rayon Qədim Abduloğlu adına Gomuşçu kənd tam orta ümumtəhsil məktəbinin məzunu Ağakişiyev Rza Əbləsən oğlu 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı I ixtisas qrupu üzrə 600.2 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz mühəndisliyi ixtisasına daxil olmuşdur.

O, məktəb illərində həm dərsə, həm də müəllim və şagirdlərlə səmimi münasibətinə görə nümunəvi şagird kimi tanınmış, təhsilini isə fərqlənmə attestatı ilə tamamlamışdır.

O, eyni zamanda ali təhsil müəssiələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyətinin başçısı tərəfindən təltif olunmuşdur.

Rza Ağakişiyevi qazandığı uğurlar münasibəti ilə təbrik edir, təhsilində və peşə həyatında uğurlar arzulayırıq.


İbrahimova Hicran Sənan qızı

Saatlı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu İbrahimova Hicran Sənan qızı 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı III ixtisas qrupu üzrə 600 bal toplayaraq Azərbaycan Dillər Universitetinin Xarici dil müəllimliyi ixtisasına daxil olmuşdur.

Hicran İbrahimova məktəb həyatında hər zaman intizamlı, aktiv və məsuliyyətli şagird olmuş, dərslərinə ciddi yanaşması, həmçinin məktəbdaxili tədbir və layihələrdə fəal iştirakı ilə fərqlənmişdir.

O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyətinin başçısı tərəfindən təltif olunmuşdur.

Hicran İbrahimovanı qazandığı uğurlar münasibəti ilə təbrik edir, ona təhsil və peşə həyatında parlaq gələcək arzulayırıq.