Saatlı rayonunda “Torpaqların münbitliyinin artırılması, deqradasiyaya və eroziyaya uğramasının qarşısının alınması” mövzusunda keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev fermerlər qarşısında çıxış edib.
AMEA-dan bildirilib ki, Əlövsət Quliyev ölkədə gedən quruculuq işləri və kənd təsərrüfatı sahəsində elmi yeniliklərin tətbiqinin əhəmiyyəti barədə geniş məruzə edib.
Mineral gübrələr, torpaq mikroorqanizmləri, bioloji və mikrobioloji gübrə hesab edilən biohumusun tarla sınağı təcrübəsinin yekunlarına dair tədbirdə institutun Mineral gübrələr laboratoriyasının baş elmi işçisi dosent Vüqar Cəfərov və baş aqromeliorator Mürsəl Məmmədov da iştirak ediblər.
Tədbir iştirakçıları sınaq işləri aparılan torpaq sahələrinə baxış keçiriblər.
Qeyd edək ki, fermerlərin maarifləndirilməsi məqsədilə keçirilən tədbir “Aqribioekotex” MMC və “Fruktuz” MMC-nin birgə təşkilatçılığı ilə reallaşıb.