Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsində Aran iqtisadi rayonunda yaşayan qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması layihəsinin qalibi olub.
AQSİA-dan bildirilib ki, layihənin əsas məqsədi rayon yerlərində yaşayan 18-45 yaş qrupunda olan qadınların bacarıqlarının üzə çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasıdır.
Layihənin icrasının ilkin mərhələsi martın 9-11-də Saatlı və Sabirabad rayonlarında sorğuların keçirilməsi ilə başlayıb.