Texnika təminatının yaxşılaşdırılması məhsuldarlığın artırılmasında əsas amillərdən biri hesab olunur.
Bu sözləri Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ına həsr olunan regional müşavirədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
“Dövlət Proqramında 22 rayon üçün kombayn parkının 571 ədəd yeni kombaynla yenilənməsi nəzərdə tutulur. Bu, taxılçılıqda məhsul itkilərinin azaldılması və yığım prosesinin optimal müddətdə başa çatdırılması baxımından mühüm addımdır”, - deyə nazir müavini əlavə edib.