“Azərbaycanda Məşğulluğa Dəstək" layihəsi çərçivəsində Saatlı və Sabirabad rayonlarında da ictimai dinləmələr keçiriləcək.
Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.
İctimai dinləmələr 28 fevral 2023-cü il tarixində saat 14:00-da Saatlı rayonunda “Gənclər Evi” sosial xidmət müəssisəsində, Sabirabad rayonunda isə həmin gün saat 16:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.