Cəmiyyət

“Azəriqaz” daha 4 rayonda sakinlərin müraciətlərini dinləyəcək

“Azəriqaz” daha 4 rayonda sakinlərin müraciətlərini dinləyəcək

Növbəti həftə (yanvarın 9-11 və 13 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

“Azəriqaz” İB-dən bildirilib ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Hacıqabul rayonunda (İsmət Qayıbov küçəsi 15), 2-ci günü saat 12:00-dan 13:00-dək Saatlı rayonunda (Gənclər Mərkəzinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Sabirabad rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Neftçala rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.