Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumların rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov martın 16-da Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
ASC-dən verilən məlumata görə, qəbuldan əvvəl “Azərsu”nun sədr müavini Köçərli Həsənov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Saatlı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Saatlı, Sabirabad və İmişli rayonlarından olan 38 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədr müavini müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.