Ümumi

“Azərsu”nun sədr müavini Saatlıda vətəndaşlarla görüşəcək

“Azərsu”nun sədr müavini Saatlıda vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları, digər idarəetmə qurumların rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov martın 16-da Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

ASC-dən bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Saatlı şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək və tədbirlər görüləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Saatlı, Sabirabad və İmişli Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və “office@azersu.az” elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.