Elm və təhsil

Bolqarıstanda keçirilən beynəlxalq müsabiqədə şagirdlərimiz qızıl medala layiq görülüb

Bolqarıstanda keçirilən beynəlxalq müsabiqədə şagirdlərimiz qızıl medala layiq görülüb

27.06.2024 - 03.07.2024 tarixlərində 7-18 yaşlı şagirdlər arasında təşkil olunan Bolqarıstan Beynəlxalq Sərhədsiz Riyaziyyat Olimpiadası keçirilib. Azərbaycan bu olimpiadada finala vəsiqə qazanmış 9 iştirakçı ilə təmsil olunub.

Saatlı rayonu Əlisoltanlı kənd M.Əliyev adına tam orta məktəbin iki şagirdi - VI sinif şagirdi Namazlı Rəhman Vüqar oğlu və V sinif şagirdi Namazlı Bəhman Vüqar oğlu iştirakçılar arasında yer alaraq respublika turunda qalib gəlib və Bolqarıstanda keçirilən final mərhələsinə vəsiqə qazanıblar.

Final mərhələsində hər iki şagirdimiz yüksək nəticə əldə edərək qızıl medalların sahibi olublar.