Hazırkı təsərrüfat ilində 51 rayon üzrə 1,3 milyon hektar sahədə becəriləcək kənd təsərrüfatı bitkilərinin suvarılması üçün təxminən 4 milyard kubmetr su tələbatı hesablanıb.
Bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
"Kürün aşağı axarında yerləşən Ağdaş, Ağcabədi, Bərdə, Zərdab, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Hacıqabul və Yevlax rayonlarında su təminatı kür çayından olan əkin sahələri üzrə hesablamalar aparılıb.
Həmin rayonlar üzrə 483 min hektar sahənin suvarılması üçün 1.5 milyard kubmetr su tələb olunduğu müəyyən edilib", - deyə S.Cəfərov qeyd edib.