Məqalələr

Cəbrayılın azad olunması Azərbaycan ordusunun şücaətinin nəticəsidir

Cəbrayılın azad olunması Azərbaycan ordusunun şücaətinin nəticəsidir

Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunduğu gündür. Şəhərin ermənilərin işğalından təmizlənməsindən bir il ötür. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Cəvəkənd, Daşkəsən, Horonlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub, azad olunan ərazilərə Azərbaycanın üçrəngli bayrağı sancılıb. Cəbrayıl rayonu 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib. 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Cəbrayıl rayonu 1993-cü ildə avqustun 23-ündə Ermənistan Silahlı Quvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 1şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun 9 kəndinin işğaldan azad olunduğunu elan edib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra 2020-ci iln noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Yaşasın Qarabağ, Cəbrayıl bizimdir!

Əhmədova Aydan,
Saatlı rayon Məzrəli kənd tam orta məktəbin İnformatika müəllimi.