Cəmiyyət

Daxili işlər naziri Sabirabadda vətəndaşlarla görüşüb

Daxili işlər naziri Sabirabadda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 17-də Sabirabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir əvvəlcə Sabirabad şəhərindəki Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Sonra rayon polis şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad rayonlarından qəbula gələn 132 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.