Cəmiyyət

Dövlət Komitəsi Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbirlər təşkil edib

Dövlət Komitəsi Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbirlər təşkil edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy, Qəbələ, Saatlı, Şüvəlan və Zaqatala Uşaq və Ailələrə Dəstək mərkəzləri (UADM) tərəfindən 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbirlər həyata keçirilib.

Dövlət Komitəsindən bildirilib ki, tədbirlərdə mərkəzlərin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan azyaşlılar, o cümlədən autizm sindromlu uşaqlar və onların valideynləri, könüllülər iştirak ediblər.

İştirakçılara məlumat verilib ki, bu günün qeyd olunmasında məqsəd autizm spektr pozuntusu olan şəxslərə kömək etmək və onlar üçün cəmiyyətdə bütün səviyyələrdə bərabər imkanların yaradılması, inklüziv təhsilə, sosial xidmətlərə çıxışın əlçatanlığına nail olmaqdır.

Tədbirlərdə uşaqlar üçün inkişafetdirici oyunlar və bədii proqramlar təşkil olunub.