Saatlı rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov rayon ağsaqqalları ilə görüş keçirib.
Görüşdə rayon ağsaqqallarının ictimai-siyasi həyatında olan mövqeləri, fəaliyyət istiqamətləri haqqında müzakirələr aparılıb və gənc nəslin vətənə, dövlətə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda inkişaf etdirilməsində ağsaqqal və ağbirçəklərin tövsiyyələrinin vacibliyi qeyd edilib. Həmçinin müzakirələrdə rayon Ağsaqqallar Şurasının gələcək fəaliyyətində qarşıya qoyulan vəzifələrin davamlı həyata keçirilməsi vurğulanıb.