Elm və təhsil

Elm və təhsil naziri Saatlıda vətəndaşların müraciətinə baxacaq

Elm və təhsil naziri Saatlıda vətəndaşların müraciətinə baxacaq

Elm və təhsil naziri Emin Əmrullayev iyulun 24-də Saatlı şəhərində vətəndaşlarla görüşəcək. Qəbulda Saatlı, Sabirabad və İmişli sakinləri iştirak edə bilərlər.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar iyulun 12-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin 146-11 Çağrı Mərkəzinə (yalnız iş günləri və iş saatları ərzində) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Bununla yanaşı, müraciətləri nazirliyin rəsmi saytının əlaqə bölməsi vasitəsilə elektron formada, həmçinin +994 51 206 78 48 nömrəsinə vatsap üzərindən göndərmək mümkündür.

Qeyd edək ki, qəbulda iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.