Ümumi

Erməni təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Ülvi Nəsirov Saatlıda dəfn edilib

Erməni təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Ülvi Nəsirov Saatlıda dəfn edilib

Dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olan kiçik gizir Nəsirov Ülvi Əsədulla oğlu Saatlıda izdihamla dəfn edilib.

Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi doğulduğu Saatlı rayonunun Qaranuru kəndinə gətirilib. Ülvi Nəsirovla doğulduğu ocaqda vida mərasimi keçirilib.

Dəfn mərasimində şəhidin doğmaları, rayon rəhbərliyi, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ülvi Nəsirovun nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli bayrağımız atasına təhvil verilib.

Sonda yayılım atəşi açılıb.

Qeyd edək ki, Ülvi 2000-ci il mayın 15-də Saatlı rayonunun Qaranuru kəndində doğulub. Hərbi xidmətini başa vurduqdan sonra Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələrində kiçik gizir kimi xidmətini davam etdirib. Vətən müharibəsi iştirakçısı olan Ülvi Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə də qəhrəmanlığı ilə fərqlənib.