Saatlı rayon Ə.Şüküroğlu adına Varxan kənd tam orta məktəbində “Gənclər arasında erkən nikah və narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Bildirilib ki, maarifləndirici tədbirlərin keçirilməsi gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır. Narkomaniya və erkən nikahın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğu qeyd edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.