Cəmiyyət

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı nümayəndəliyində konfrans keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı nümayəndəliyində konfrans keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı nümayəndəliyinin 2 illik hesabat konfransı keçirilib. Konfransda dövlət qurumlarının əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Mərkəzi aparatın koordinatorları, digər GİKM nümayəndəliklərinin direktorları və əməkdaşları, könüllülər və rayonun fəal gəncləri iştirak ediblər.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı nümayəndəliyindən bildirilib ki, hesabat konfransında 2 il ərzində Mərkəz tərəfindən həyata keçirilən layihə və tədbirlər haqqında geniş məlumat verilib. Konfransda çıxış edən qonaqlar gənclərin inkişafı üçün görülən işlərdən, uğurlu əməkdaşlıqlardan danışıblar. Həmçinin konfransın gedişində gənclər tərəfindən hazırlanan musiqi nömrələri və Axıska türklərindən ibarət rəqs qrupu tərəfindən hazırlanan müxtəlif rəqs nümunələri nümayiş etdirilib.

Tədbirin sonunda əməkdaşlıq edilən rayon idarə və qurumları, həmçinin gənclər müxtəlif nominasiyalar üzrə təltif olunublar.