Cəmiyyət

"Heydər Əliyev İli" çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirildi

Saatlı rayon Mədəniyyət Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib.

Bayram tədbirində Saatlı rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eyni zamanda şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.