Cəmiyyət

“Heydər Əliyev ili” çərçivəsində Saatlı rayonunda ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev ili” çərçivəsində Saatlı rayonunda ağacəkmə aksiyası keçirilib

Saatlı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Saatlı şəhəri, Heydər Əliyev prospektində, Heydər Əliyev meydanında və Muğan parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Aksiyada Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, YAP Saatlı rayon təşkilatı və könüllülər iştirak edib. Aksiya çərçivəsində 250 həmişəyaşıl şam ağacları əkilib.