Ümumi

İmişli və Saatlı rayonlarında arxeoloji abidələrin dövlət qeydiyyatına alınmasına dair müzakirələr aparılıb

İmişli və Saatlı rayonlarında arxeoloji abidələrin dövlət qeydiyyatına alınmasına dair müzakirələr aparılıb

Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtib və təsdiq edilməsi istiqamətində işlər davam etdirilir.

Bu məqsədlə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Azərbaycanın arxeoloji abidələrinin toplusu sektorunun müdiri dosent Mikayıl Mustafayev və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinin aparıcı məsləhətçisi Yusif Hüseynov, İmişli və Saatlı bölgəsi üzrə abidələrin mühafizəçisi Mir Elçin Umudov və Əlbaba Əliyevin iştirakı ilə İmişli ərazisini əhatə edən abidələrə (Qalaca yaşayış yeri, Yeddi təpə kurqanları, Qızıltəpə, Muxortəpə abidələri), həmçinin Saatlı ərazisindəki mədəniyyət nümunələrinə (Cəfərxan nekropolu, Azadkənd nekropolu, I, II və III Qaralar nekropolları) yenidən baxış keçirilib.

Bu barədə AMEA-dan bildirilib. Qeyd olunub ki, abidələrin qeydə alınmasında olan problemlər müzakirə edilib, dövlət qeydiyyatına götürüləcək arxeoloji abidələr haqqında rəylər hazırlanıb, rayonlarda yeni müəyyən edilmiş arxeoloji abidələrin dövlət qeydiyyatına alınması üçün fikir mübadiləsi aparılıb.

Bir sıra abidələrdə, xüsusilə Saatlı bölgəsində müvafiq tədqiqat işlərinin, arxeoloji qazıntıların aparılmaması nəzərə alınaraq, bu prosesə başlamağın vacibliyi diqqətə çatdırılıb.