Ümumi

İmişlidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

İmişlidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Saatlı rayon nümayəndəliyi və rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzdəki abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayon Heydər Əliyev Mərkəzinin rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürayyə Zeynalova, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Saatlı rayon nümayəndəliyinin direktoru Gülnar Babaşova, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və gənclər iştirak ediblər.

Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna, milli-mənəvi dəyərlərimizin dirçəlməsinə xidmət edən şərəfli ömür yolu, həyat və fəaliyyəti barədə danışıblar. Bildirilib ki, Ulu Öndər yorulmaz fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin yaradılmasında, dünyada Azərbaycanın nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib.

Sonda ulu öndər Heydər Əliyevin mənalı həyat yolunu və zəngin siyasi irsini özündə əks etdirən eksponatların və filmin nümayişi olub.