Dünya Ahıskalı Türkləri Birliyi Türkiyənin Antalya şəhərində “Dünya Ahıskalı türk qadınlar simpoziumu” keçirib.
İqtisadiyyat İnstitutundan bildirilib ki, simpoziumda dünyanın 9 ölkəsindən elm adamları, ziyalılar, ictimai fəallar iştirak edib.
Simpoziumun birinci günündə sosiologiya və filologiya bölmələrində elmi məruzələr dinlənilib, müzakirələr aparılıb. Tədbirdə İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva simpoziumda “Saatlı rayonunda Ahıskalı qadınların məşğulluğunun təmin edilməsində peşə seçiminin rolu” mövzusunda çıxış edib. Simpoziumun ikinci günündə Akdeniz Universitetində “Ahıska əyaləti, Hertvis sancağı, Tahrir dəftəri, 1860-cı il” və “Qarabağ Azərbaycandır” kitablarının təqdimatı olub.