Ümumi

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ötən il 7 mühüm elmi nəticə əldə olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ötən il 7 mühüm elmi nəticə əldə olunub

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda uğurlu elmi tədqiqatlar aparılır. Ötən il bu elm müəssisəsində aparılan elmi tədqiqatlar nəticəsində 7 mühüm elmi nəticə əldə olunub.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, institut əməkdaşları “Baku Steel Company” MMC, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Saatlı rayonunun pambıqçılıqla məşğul olan fermer təsərrüfatları ilə müqavilələr əsasında tətbiqyönümlü birgə işlər aparıb və səmərəli nəticələr əldə edilib.

Xatırladaq ki, institutun alim və əməkdaşlarının məqalələrinin 99-u “Web of Science” bazasına daxil olan jurnallarda yer alıb.