Ümumi

Martın 2-də Qida Təhlükəsizliyi Agentliyinin sədri İmişlidə vətəndaşları qəbul edəcək

Martın 2-də Qida Təhlükəsizliyi Agentliyinin sədri İmişlidə vətəndaşları qəbul edəcək

Martın 2-də saat 11-də İmişli rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, vətəndaşların Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət dairəsinə aid məsələlərə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Qida Təhlükəsizliyi Agentliyinin info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq martın 1-dək qəbula yazıla bilərlər.

Vətəndaşlar pandemiya dövrünün tələblərinə uyğun olaraq qəbula əvvəlcədən qeydiyyatdan keçdikləri siyahı və şəxsiyyətlərini təsdiq edən sənədlər əsasında buraxılacaq.