Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə “Mədəni kənd-mədəni mühit” layihəsi çərçivəsində tədbirlər davam etdirilir.
Layihə çərçivəsində Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evi, Nəsimikənd kənd “Adıgün” Mədəniyyət evi və kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Dərviş Parisi partladır” tamaşası səhnəyə qoyulub. Əsər tamaşaçılar tərəfindən maraqla izlənilib. Tamaşa sonrası çıxışlar zamanı bildirilib ki, Sabirabad Regional Mədəniyyət İdarəsinin “Mədəni kənd-mədəni mühit” layihəsi, kənd ərazisində yaşayan insanların mədəni tələbatının ödənilməsi istiqamətində həyata keçirilən bir layihədir. Kənd əhalisinin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, kənd yerlərində mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması, kəndlərdə yaradıcı gənclərin aşkar olunması və tanıdılması missiyasını həyata keçirən layihə insanlar tərəfindən müsbət qarşılanır.