Bu il su ehtiyatı əvvəlki illərə nisbətən daha yaxşıdır. Çünki Mingəçevir Su Anbarında suyun səviyyəsi ötən illə müqayisədə 2 metrdən artıq təşkil edir.
Bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.
Onun sözlərinə görə, 11 rayona xidmət edən ölkənin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalı ilə suvarma suyu limitə və tələbata uyğun olaraq tam ödənilir.
“Eyni zamanda, Araz çayına saniyədə 25 kubmetr su verilir ki, bu da çay ətrafında yerləşən Saatlı, Sabirabad, İmişli, Biləsuvar və Cəlilabad rayonlarının ərazilərində su çatışmazlığını aradan qaldırır”, - deyə o əlavə edib.