“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Saatlı, Cəlilabad, Ağdaş, İmişli, Balakən, Biləsuvar, Quba, Şamaxı, Xızı, Goranboy rayonlarında "Müzəffər əsgərimiz" layihəsinin təqdimatı keçirilib.
“İrəli” İctimai Birliyindən bildiriblər ki, təqdimatlarda 1500-ə yaxın gənc iştirak edib.
Qeyd edək ki, “Müzəffər əsgərimiz” layihəsi Azərbaycan Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində Qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini yad etmək məqsədilə həyata keçirilir.