Cəmiyyət

Nazir Rəşad Nəbiyev Sabirabadda vətəndaşlarla görüşüb

Nazir Rəşad Nəbiyev Sabirabadda vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin aprel ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabad rayonunda vətəndaşları qəbul edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, qəbuldan əvvəl nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Görüşdə Sabirabadla yanaşı, Saatlı və İmişli rayon sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib.

Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb.

Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.