Elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə olub.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Emin Əmrullayev məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda, təhsil ocağının ümumi şəraiti, dərs otaqları ilə tanış olub. Məktəbin peşə təmayüllü siniflərində tədris prosesini izləyən elm və təhsil naziri şagirdlərin əl işlərinə baxış keçirib, onların bişirdikləri şirniyyat məhsullarının dadına baxıb.