Elm və təhsil

Nəsimikənd kənd tam orta məktəbinin şagirdi "Qızıl nişan"la təltif olunub

Nəsimikənd kənd tam orta məktəbinin şagirdi

Ümumi təhsil müəsissələrinin 2020-2021-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında Təhsil nazirinin müvafiq əmrinə əsasən Saatlı rayon Nəsimikənd kənd tam orta məktəbinin XI sinif şagirdi İslamov Elnur Hacı oğlu "Qızıl nişan"la təltif olunmuşdur.

Bu münasibətlə şagirdimizi və onun müəllimlərini, valideynlərini təbrik edirik.

Xatırladaq ki, Saatlı təhsili tarixində qızıl nişanla təltif olunan ilk şagirdimizdir.