Elm və təhsil

Ötən il Saatlıda üç modul tipli məktəb binası quraşdırılıb

Ötən il Saatlıda üç modul tipli məktəb binası quraşdırılıb

Ötən il Saatlıda üç modul tipli məktəb binası quraşdırılaraq müəllim və şagirdlərin istifadəsinə verilib.

Hər biri 96 şagird yerlik binalardan biri Saatlı şəhər, biri Soltanabad, biri isə Şirinbəyli ümumi orta məktəbləri üçün inşa olunub. Binalarda şagirdlərin normal təhsil almaları üçün hər cür şərait yaradılıb. 2019-cu ildən həmçinin, rayonun Saricalar kənd tam orta məktəb binasında əsaslı təmir olunaraq istifadəyə verilib. Hazirda “Yeniləşən Azərbaycana yeni məktəb binası” layihəsi çərçivəsində rayonun Orta Muğan kənd tam orta məktəbi üçün 432 şagird yerlik yeni bina inşa olunur. Təhsil ocağının inşasının növbəti tədris ilinədək başa çatdırılması nəzərdə tutulub.