Keçən il Saatlı rayonu üzrə əkinçilik sahəsində uğurlu nəticələr əldə olunub.
Saatlı Rayon Statistika İdarəsindən verilən məlumat görə, 2021-ci ilin məhsulu üçün 55384,3 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilib. Bunun 46840,2 hektarı və ya 84,6 faizi əhali və fərdi sahibkarların, 8544,1 hektarı və ya 15,4 faizi isə kənd təsərrüfatı müəssisələrinin payına düşüb. Sahələrdən 84911,7 ton taxıl, 6957,7 ton kartof, 26094,3 ton tərəvəz, 83165,7 ton bostan məhsulu və s. yığılıb.
Rayonda 2021-ci ildə əkilmiş 14304,7 hektar pambıq sahəsindən 38381,1 ton xam pambıq tədarük edilib ki, bu da respublika üzrə pambıq tədarükündə ən yaxşı göstəricidir.