Ümumi

Otuz iki il öncə itkin düşən Namiq Cəfərovun nəşinin qalıqları Saatlıda torpağa tapşırılıb

Otuz iki il öncə itkin düşən Namiq Cəfərovun nəşinin qalıqları Saatlıda torpağa tapşırılıb

Otuz iki il əvvəl Ağdərə uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri də Cəfərov Namiq Balaxan oğlu olub. Namiq naməlum şəhidlərimizdən biri olaraq Tərtərdə Şəhidlər xiyabanında dəfn olunmuşdu. Aprel ayında kimliyi məlum olan Namiq Cəfərovun nəşinin qalıqları öz ata-baba yurdu Saatlıda torpağa tapşırılıb.

Şəhid Namiq Cəfərovun nəşi Saatlıda izdihamla qarşılanıb, ailəsinin yaşadığı Saatlı şəhərinə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşi dəfn üçün Saatlı qəbiristanlığına gətirilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər. Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhid Namiq Cəfərov torpağa tapşırılıb.